Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik”-

User 07 İyun 2022 - 16:22 (Last updated: 21 May 2025 - 20:15)
ceyhun bayramov

“Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir. İkinci Qarabağ müharibəsi ilə Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra region ölkələri arasında münasibətlərin normallaşması üçün yaxşı imkanlar yarandı”.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Anadolu Agentliyinə müsahibəsində bildirib.

“Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dəstəyini ən yüksək səviyyədə ifadə edib. Biz Türkiyə və Ermənistanın xüsusi nümayəndələr təyin etməsini və onların keçirdiyi üç görüşü çox müsbət dəyərləndiririk. Bu, Türkiyə və Azərbaycanın Ermənistana verdiyi müsbət mesajların bir nümunəsidir. Türkiyə və Azərbaycan Ermənistana açıq şəkildə deyirlər ki, bizim Ermənistanla heç bir problemimiz yoxdur. Biz Ermənistanla normal qonşuluq münasibətlərinin qurulmasının tərəfdarıyıq və əgər Ermənistan müvafiq addımlar atsa, beynəlxalq hüquqa hörmət etsə, regional reallıqları düzgün başa düşsə, bu yolla müsbət nəticələr əldə etmək mümkün olacaq”, – deyə nazir bildirib.

Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunan Ceyhun Bayramov Azərbaycanın Türkiyəyə 19 milyard ABŞ dolları məbləğində sərmayə qoyduğunu, bunun 17 milyard dollarının enerji sahəsinə aid olduğunu diqqətə çatdırıb.

Nazir müsahibəsində bir sıra səbəblərdən, eləcə də Ukraynadakı gərginliklə əlaqədar Avropada çox ciddi enerji böhranı olduğunu, təbii qazın Cənub Qaz Dəhlizi ilə Avropaya daha artıq nəqli üçün çoxlu müraciətlərin olduğunu bildirib.

Ceyhun Bayramov deyib: “Azərbaycan ilə Türkiyənin əməkdaşlığı və potensialı ilə Avropa bazarına əlavə təbii qaz çıxarmaq imkanları var. Burada uzun illər ərzində müəyyən edilmiş uğurlu enerji strategiyası öz bəhrəsini verir. Bu gün ölkələr əlavə təbii qaz üçün müraciət edirlər. Bu infrastruktur layihələri böyük çətinliklərin öhdəsindən gələrək vaxtında həyata keçirilib. Çünki o vaxtlar o qərarlar qəbul ediləndə bir çox ölkələrin ərazilərindən keçməkdə çox böyük müqavimət və çətinliklər var idi. Lakin onların öhdəsindən gəlindi və layihələr həyata keçdi. Bunun sayəsində həm Türkiyə, həm də Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, xalqlarımızın rifahını yüksəltmək, bu böhranlı vəziyyətdə digər qonşu ölkələrə kömək etmək imkanı var”.

Post navigation

Previous: Ağac kəsilməsinə görə, Nəsimi bələdiyyəsi 5000 manat cərimələnib
Next: Türkiyə Ukrayna taxılını ucuz qiymətə alacaq –

Oxşar xəbərlər

aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05
ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib -YENİLƏNİB

User 23 Oktyabr 2026 - 14:58
yasil enerji esas
  • Baş Yazı

Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ

User 23 Oktyabr 2026 - 14:19

xƏBƏR

5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Lənkəran Dövlət Universitetinin (LDU) Aqrar və mühəndislik fakültəsinin tələbələri tədris təcrübə bazasında yetişdirdikləri 1 tondan artıq  sitrus...
Read more about LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
Gülmək sağlamlığa necə təsir edir? gulus
  • Maraqlı

Gülmək sağlamlığa necə təsir edir?

User 23 Oktyabr 2026 - 16:36
Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır? Su içmək
  • Maraqlı

Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır?

User 23 Oktyabr 2026 - 15:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.