Türkiyə Ukrayna taxılını ucuz qiymətə alacaq –Nazirdən açıqlama

Türkiyə Ukrayna taxılını 25 faiz ucuz almaqla bağlı Kiyevlə razılığa gəlib.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı naziri Vahit Kirişçi bildirib.

“Ukrayna ilə taxılın qiymətinin 25 faiz endirilməsinə dair razılaşmamız var. Lakin onlar məhsulların təhlükəsiz ixracı ilə bağlı dilemma ilə üzləşiblər və Türkiyənin bu prosesdə arbitr rolunu oynamasını istəyirlər. Həm Rusiya, həm də Ukrayna bizə güvənir”, – Kirişçi deyib.

O xatırladıb ki, Türkiyədə bu həftə Ukraynadan “taxıl dəhlizi”nin yaradılması ilə bağlı iki mühüm görüş keçiriləcək. Ukrayna, BMT və Rusiya nümayəndələri görüşdə iştirak üçün İstanbula gələcəklər.

Azpost.info

Əvvəlki məqalə

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik”-

Sonrakı məqalə

ABŞ və müttəfiqləri Ukraynaya görə iclas təyin edib –