Lüksemburqun bankları və digər maliyyə təşkilatları sanksiyalar çərçivəsində Rusiyanın 4,3 milyard avro dəyərində aktivlərini dondurub.
Azpost.info xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, dondurulmuş aktivlərə sanksiyalara məruz qalan 90-dan çox fiziki şəxsin və 1100 şirkətin depozitləri və qiymətli kağızları daxildir. Azpost.info