Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • Araşdırma

Nazir ailəsində doğulan, DJ-lə evlənən, övladı olmayan Baş nazir…

User 28 May 2025 - 18:00 (Last updated: 28 May 2025 - 17:04)
Sindzo Abe

Sindzo Abe

Yaponiyanın keçmiş Baş naziri Sindzo Abe.

AzPost  Şindzo Abenin 68 illik həyat yoluna qısaca nəzər salır.

Abe 21 sentyabr 1954-cü ildə Tokioda anadan olub. Atası Sintaro Abe 1982-1986-cı illərdə xarici işlər naziri olub, ana tərəfdən babası Nobusuke Kişi isə 1957-1960-cı illərdə Yaponiya hökumətinə rəhbərlik edib.

Sindzo Abe Tokiodakı Seikei Universitetinin Hüquq fakültəsini bitirib (1977), ABŞ-da Cənubi Kaliforniya Universitetinin İctimai Siyasət üzrə Ali Məktəbində təhsil alıb (1978-1979).

1980-1982-ci illərdə Yaponiyaya qayıtdıqdan sonra “Kobe Steel” şirkətində çalışıb. 1982-ci ildə atası Sintaro Abenin yanında xarici işlər nazirinin köməkçisi vəzifəsini icra edib. 1980-ci illərin sonundan Yaponiya Liberal Demokrat Partiyasının (LDP) katibliyində çalışıb.

1993-cü ildə Yaponiya Parlamentinin Nümayəndələr Palatasının aşağı palatasına seçilib və o vaxtdan 8 dəfə, ən son 2017-ci ildə yenidən seçilib.

1999-cu ildə Nümayəndələr Palatasının səhiyyə və rifah komitəsinə sədrlik edib.

2003-2006-cı illərdə LDP-nin baş katibi, 2006-cı ildən isə LDP sədri vəzifələrində çalışıb. 2006-cı ildə parlament tərəfindən Yaponiyanın Baş naziri vəzifəsinə təsdiq edilib.

Pensiya və tibbi sığorta sistemlərini gücləndirəcəyini vəd etsə də, onun hökumətinin adı tezliklə bir sıra ictimai və maliyyə qalmaqallarına qarışdı. Administrasiya hökumətin on il ərzində milyonlarla vətəndaşın pensiya hesablarından sui-istifadə etməsi ilə bağlı iddialara ləng reaksiya verdiyi üçün tənqid atəşinə tutulub.

2007-ci ildə Abe hökumətdəki korrupsiya qalmaqalları fonunda istefa verib və onu Fukuda Yasuo əvəzləyib. O vaxtdan Abenin səhhətində problemlər olduğu, xoralı kolitinin pisləşdiyi bildirilirdi.

2012-ci il dekabrın 26-da o, yenidən Baş nazir vəzifəsinə parlament tərəfindən təsdiq edilib.

O, KİV-də “Abenomics” adlanan iqtisadi strategiyanı təqdim edib. Bu strategiyada özəl investisiyaların təşviqi, güzəştli rejimli xüsusi iqtisadi zonaların yaradılması və əsas layihələrə dövlət xərclərinin genişləndirilməsi daxil idi.

Sindzo Abe öz vəzifəsində Yaponiya özünümüdafiə qüvvələrinin səlahiyyətlərinin genişləndirilməsinə nail olub, sülh müqaviləsi bağlamaq və Kuril arxipelaqının cənub hissəsindəki bir sıra adalar üzərində mübahisənin həlli mövzusunda Rusiya ilə fəal dialoq aparıb.

Abe Vladimir Putinlə 20 dəfədən çox görüşmüşdü və deyirdi ki, səlahiyyət müddəti başa çatana qədər ölkələr arasında sülh müqaviləsi problemini həll etməyə hazırlaşır.

Bunun üçün o, 1956-cı il Sovet-Yapon bəyannaməsi əsasında Rusiya ilə müqavilə bağlamağı təklif etmişdi. Sənəd Kuril silsiləsinin ən cənub adalarının Yaponiyaya verilməsini nəzərdə tuturdu. Sülh razılaşması üçün danışıqlar intensivləşdi, lakin heç bir nəticə vermədi.

28 avqust 2020-ci ildə səhhətinin pisləşməsi ilə əlaqədar Baş nazir vəzifəsindən istefa verdiyini açıqlayıb. Həmin ilin 16 sentyabrda Yaponiya Liberal Demokrat Partiyasının sədri vəzifəsindən də gedib. O, Yaponiya tarixində Baş nazir vəzifəsində ən uzun müddət qalma rekorduna sahibdir.

Abe 1987-ci ildən böyük qənnadı firmasının sahibinini qızı Akiye Matsuzaki ilə evlidir. Onun həyat yoldaşı radio DJ-i idi.

Akiye ərinə olan hisslərini sərbəst nümayiş etdirir, cütlük ictimaiyyət arasına əl-ələ tuturaq çıxırdı ki, bu da təmkinli yapon mədəniyyəti üçün qəbuledilməzdir. Cütlüyün övladı yoxdur.

Abe asudə vaxtını qolf meydançasında keçirməyə üstünlük verirdi. 2017-ci ilin noyabrında bu hobbi xoşagəlməz bir hadisəyə səbəb olmudu. O vaxtkı ABŞ prezidenti Donald Trampla oyun zamanı Abe büdrəyərək zədə almışdı. Fitnes də onun hobbiləri arasında idi.

Azpost.info

AzPost.az

Post navigation

Previous: Donald Tramp Prezident İlham Əliyevi təbrik edib
Next: “Siz danışmaqdan başqa nə iş görmüsünüz?” –

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

Bıçaq
  • Kriminal

Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

User 27 Oktyabr 2026 - 14:42
Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb. APA-nın məlumatına görə, hadisə rayonun Sarvan kəndində...
Read more about Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib ilham isesko
  • Siyasət

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

User 27 Oktyabr 2026 - 14:07
Finlandiya və Norveç liderləri Putinlə telefon danışığı apardı putin telefon
  • Dünya

Finlandiya və Norveç liderləri Putinlə telefon danışığı apardı

User 27 Oktyabr 2026 - 13:57
Türkiyə Qara dənizdə NATO hərbi gəmilərin yerləşdirilməsinə qarşı çıxıb turkiye
  • Dünya

Türkiyə Qara dənizdə NATO hərbi gəmilərin yerləşdirilməsinə qarşı çıxıb

User 27 Oktyabr 2026 - 13:45
Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE sahi
  • Sosial

Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE

User 27 Oktyabr 2026 - 13:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.