Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

“Siz danışmaqdan başqa nə iş görmüsünüz?” –

User 28 May 2025 - 18:23 (Last updated: 28 May 2025 - 17:06)
Heydər Əliyev

Heydər Əliyev

Diplomat, ədəbiyyatşünas- tərcüməçi Vilayət Quliyev mərhum prezident Heydər Əliyevin anım günü ilə bağlı maraqlı xatirəsini paylaşıb.
AzPost bildirir ki, səfir 41 il əvvəl -1981-ci ildə Azərbaycan Yazıçılar Birliyinin 7-ci qurultayında baş vermiş maraqlı əhvalatı qələmə alıb.
Həmin paylaşımı oxuculara təqdim edirik:
“Yəqin ki, Azərbaycan yazıçılarının VII qurultayında iştirak edən hər kəs aşağıda təsvir edəcəyim epizodu xatırlayır:
1981-ci ildə keçmiş Dzerjinski (indiki Şəhriyar) klubunda Azərbaycan yazıçılarının VII qurultayı keçirilirdi. İttifaqın üzvü olmasam da, dəvətnamə tapıb getmişdim. Həmin dövrdə ədəbi-mədəni mühitdə hər kəsin heysiyyət və milli duyğularını təhqir edən bir şayiə yayılmışdı. Danışırdılar ki, yeni yol çəkilişi zamanı dahi Azərbaycan şairi Məhəmməd Füzulinin İraqın Kərbəla şəhərində, İmam Hüseyn məqbərəsinin yaxınlığındakı məzarı dağıdılıb, cənazəsinin qalıqları isə hansısa məscidin zirzəmisinə atılıb. (1994-cı ildə Füzulinin anadan olmasının 500 illiyi münasibəti ilə İraqda olanda bu şayiənin əsassızlığına bir daha inandım. İmam Hüseyn məscidinin kölgəsində basdırılmağı arzulayan şair məqbərənin içərisində, əsas giriş qapısından sağ tərəfdə dəfn olunub və məzarı indi də ziyarətgahdır).
Qurultayda çıxış edən tanınmış yazıçı və şairlərdən Mirzə İbrahimov, Süleyman Rüstəm, Bəxtiyar Vahazadə məsələdən çox qızğınlıqla bəhs etdilər, etirazlarını bildirdilər, birinci katibdən kömək istədilər.
Sonuncu natiq danışanda deyəsən, Heydər Əliyevin hövsələsi tamam tükəndi. Bəxtiyar müəllimin sözünü kəsib dedi:
-Şairsiniz, alimsiniz, universitet professorusunuz. Bu yaxınlarda sizi Akademiyaya müxbir üzv də seçmişik. Kifayət qədər tanınırsınız. Birinci katibdən kömək istəməzdən qabaq gərək özünüzdən soruşaydınız: Mən bu məsələnin həlli üçün nə etmişəm? Gəlin açıq danışaq: İndiyə qədər hara, hansı beynəlxalq təşkilata üz tutmusunuz? Aydın məsələdir ki, heç yerə. Siz Mirzə İbrahimov, Asiya və Afrika Ölkələri ilə Həmrəylik Komitəsinin sədrisiniz. Tez-tez dünyanın müxtəli ölkələrində, müxtəlif yığıncaq və konfranslarda olursunuz, böyük auditoriyalar qarşısında çıxış edirsiniz. Nə zaman beynəlxalq ictimaiyyətin diqqətini indi haqqında danışdığınız vandalizm aktına cəlb etdiniz, tanınmış yazıçı və ictimai xadimləri köməyə çağırdınız? Aydın məsələdir ki, heç vaxt! Siz, Süleyman Rüstəm! Yazıçılar İttifaqı ilə İraq konsulluğunun arası 500 addımdır. Nə vaxt konsulun yanına getdiniz, yaxasından yapışıb şairimizin xatirəsinin təhqir olunması ilə bağlı cavab istədiniz? Axı əzizlərim, hər şey birinci katibdən asılı deyil. Elə məsələlər var ki, onu yazıçılar, alimlər, mədəniyyət xadimləri qaldırmalıdırlar. Füzulinin qırmızı sovet pasportu yoxdur ki, gedim yapışım İraq rəhbərliyinin yaxasından, deyim mənim vətəndaşımın ruhuna, xatirəsinə niyə hörmətsizlik edirsən? Qonşulara baxın, ermənilərdən nümunə götürün. Livanda ara qarışan kimi oradakı ermənilərin müdafiəsinə qalxdılar. SSRİ rəhbərliyini, dünyanı ayağa qaldırdılar. Bəs siz burada danışmaqdan başqa nə iş görübsünüz?”
Təbii ki, yarım saata qədər çəkən bu məntiqli, kəskin, yanğı dolu monoloqun sadəcə ümumi mənzərəsini yaratmağa çalışdım. Yadımdadır ki, qurultaya Moskvanın nümayəndəsi kimi köhnə bakılı, SSRİ Yazıçılar İttifaqının katibi Oleq Şestinski gəlmişdi. Deyəsən, rəyasət heyətində oturanlardan kimsə söhbətin nədən getdiyini ona tərcümə edirdi. Çünki Heydər Əliyev nitqini qurtaran kimi Şestinski ayağa qalxıb var gücü ilə əl çalmağa başladı. Onun ardınca bütün salon ayağa qalxdı.
Əslində Azərbaycanda aşkarlıq və yenidənqurma Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə başlamışdı”.

AzPost.az

Post navigation

Previous: Nazir ailəsində doğulan, DJ-lə evlənən, övladı olmayan Baş nazir…
Next: Qəddafi 2009-cu ildə Ukrayna müharibəsinin proqnozunu necə verib? –

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.