“Rusiya prezidenti Vladimir Putinin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı Çinə dəstək verməsi Moskva ilə Pekin arasında strateji əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir”.
Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin deyib.
Venbin bu bəyanatı ilə Rusiya liderinin amerikalı rəsminin səfərinin diqqətlə planlaşdırılmış təxribat olması ilə bağlı bəyanatını şərh edib.
“Prezident Putinin son açıqlamaları Çin və Rusiya arasında strateji əməkdaşlığın yüksək səviyyəsinin, eləcə də fundamental maraqlara toxunan məsələlərdə iki ölkənin ardıcıl və möhkəm qarşılıqlı dəstəyinin təcəssümüdür”, – Çin rəsmisi əlavə edib.
Azpost.info
