“Ermənilərin Laçında törətdiyi ekoloji terror və tərk etdikləri ərazini minalaması Qarabağa və Şərqi Zəngəzura böyük qayıdış prosesini ləngitməyə hesablanıb”.
Bunu avqustun 17-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində keçirilən Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşan ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı müzakirədə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
İşğalçı Ermənistanın ümumulikdə 54 min hektar meşə sahəsini, çayları çirkləndirdiyini deyən E.Cəfərli bildirib ki, baş verən ekoloji terror təkcə Azərbaycana qarşı deyil, regiona, bütövlükdə bəşəriyyətə qarşı həyata keçirilib.
Təşkilat sədri hesab edir ki, ekologiya yönümlü beynəlxalq təşkilatları işğaldan azad olunmuş torpaqlarla dəvət etmək lazımdır: “İşğaldan azad olunmuş torpaqlara nüfuzlu hüquq müdafiəçiləri, jurnalistlər, parlamentarilər, bloqqerlər dəvət edilir. Hesab edirəm ki, ekologiya yönümlü beynəlxalq təşkilatları da Qarabağa dəvət etmək lazımdır ki, onlar özləri monitorinq aparsın və öz gözləri ilə erməni vandalizminin şahidi olsunlar”.