“Putin G20 sammitində onlayn formatda iştirak edə bilər”- “Reuters”

“Rusiya prezidenti Vladimir Putin noyabrın 15-16-da Balidə keçiriləcək G20 sammitində videobağlantı vasitəsilə iştirak edə bilər”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın Cakartadakı səfirliyinin mətbuat attaşesi Aleksandr Tumaykin bildirib.

“Vladimir Putinin iştirak formatı üzərində iş aparılır. Ola bilsin ki, o, sammitdə videokonfrans formatında iştirak etsin”, – Tumaykin deyib.

“Reuters”in xəbərinə görə, İndoneziyanın dənizçilik və investisiya məsələləri üzrə koordinasiya nazirinin mətbuat katibi Codi Mahardi Rusiya liderinin görüşlərdən birində onlayn formatda iştirak edəcəyini bildirib.

“Rusiya prezidenti görüşlərdən birində virtual olaraq iştirak etməlidir”, – Mahardi qeyd edib.

Kremlin sözçüsü Dmitri Peskov nümayəndə heyətinə Rusiya xarici işlər naziri Sergey Lavrovun başçılıq edəcəyini təsdiqləyib. Lakin o, Putinin G20 toplantısında iştirak edib-etməyəcəyini dəqiqləşdirməyib.

“Bloomberg” daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, Vladimir Putin G20 sammitində Rusiyanı təmsil etməyəcək. Onun yerinə görüşə Lavrov gedəcək. Agentlik hesab edir ki, bu qərar Putinin Ukrayna hərbi münaqişəsi ilə bağlı gərgin dialoqlardan qorunmaq istəyi ilə bağlıdır.

Azpost.info

Əvvəlki məqalə

Səlim Babullaoğlunun sözlərinə yazılmış “Şuşa” simfonik əsəri yayımlanıb

Sonrakı məqalə

“İndoneziya hökuməti Putinin qərarına hörmətlə yanaşır”