Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Bakıda Suveren Fondların Beynəlxalq Forumunun 14-cü illik iclası keçirilir

User 15 Noyabr 2022 - 16:12 (Last updated: 21 May 2025 - 20:15)
tedbir

Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 14-cü illik iclası ARDNF-nin həmtəşkilatçılığı ilə 14-17 noyabr tarixlərində “Dəyişiklik naminə sərvətin səfərbər edilməsi” (”Mobilising Capital for Change”) başlığı altında Bakıda təşkil olunub.

Bu barədə “APA-Economics”ə ARDNF-dən bildirilib. Məlumata görə, vahid fəaliyyət standartlarının müəyyən edilməsi və təşviqi məqsədilə yaradılmış, 6 trilyon ABŞ dollarından artıq həcmdə vəsaitləri idarə edən, 32 ölkəni təmsil edən, 37 tam üzv və 9 üzv olmayan tərəfdaş suveren fondları birləşdirən vahid beynəlxalq təşkilat, SFBF –nin təsis olunmasında ARDNF ilkin təşəbbüskar kimi çıxış edib və Forumun ilk üzvlərindən biri olub. SFBF-nin ilk tarixi görüşü 2009-cu ildə Azərbaycan hökuməti və ARDNF-nin təşkilatçılığı ilə Bakıda keçirilib.

ARDNF-nin ev sahibliyi ilə təşkil olunan iki günlük illik iclas zamanı SFBF-nin İdarə heyətinin, üzv Fondların və Azərbaycan Respublikasının dövlət nümayəndələrinin iştirakı ilə müxtəlif mövzularda panel müzakirələri və işgüzar görüşlər təşkil olunacaq.

Bakıda keçirilən tədbir ARDNF üçün dünyanın qabaqcıl fondları və maliyyə təşkilatları ilə risklərin idarə edilməsi üzrə təcrübə mübadiləsi və potensial investisiya imkanlarına dair fikir mübadiləsi baxımından yüksək əhəmiyyət daşıyır.

Tədbiri açılış nitqi ilə açan ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov bildirib ki, “növbəti ay fəaliyyətinin 23 illiyi tamam olan ARDNF-nin fəaliyyətində SFBF kimi qlobal təsisatın instusional idarəetmə və hesabatlılıq standartlarının öz əksini tapması Fondun ölkənin investisiya siyasətində və makroiqtisadi sabitliyin təmin olunmasında rolunun möhkəmləndirilməsinə zəmin yaradır”. Tədbirin AR hökümət nümayəndələrinin iştirakı ilə təşkil olunan işgüzar sessiyasına toxunan İ.Məmmədov “Bu forum Azərbaycanın 2030-cu ilə baxış və 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi strategiyası kontekstində ölkənin yaxın müddətli inkişaf potensialının və inkişaf istiqamətlərinin iri instusional investorlara əyani nümayişi üçün uğurlu platformadır” – deyə vurğulayıb.

Qeyd esək ki, Suveren Sərvət Fondları – təbii sərvətlərdən əldə edilən gəlirlər hesabına formalaşan və əsas məqsədi toplanan vəsaitləri dünya bazarlarında istiqrazlar, səhmlər, daşınmaz əmlak, qiymətli metallar və ya digər maliyyə alətlərinə investisiya etməklə əlavə gəlir qazanmaq olan dövlət maliyyə fondlarıdır.

Post navigation

Previous: Pakistanın Baş naziri üçüncü dəfə koronavirusa yoluxub
Next: Azərbaycan və Albaniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Oxşar xəbərlər

islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51

xƏBƏR

payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Payız gələndə ağacların görünüşü dəyişir. Yay boyu yaşıl olan yarpaqlar sarı, narıncı, qırmızı və hətta bənövşəyi çalarlara...
Read more about Ağacların yarpaqları payızda niyə qızarır?
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır? pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30
Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.