“Etnik ermənilər digər Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malikdir” –CEYHUN BAYRAMOV

Azərbaycan post-münaqişə ərazilərində yaşayan erməni əsilli vətəndaşlarını özünün siyasi, iqtiasdi və social məkanına yenidən inteqrasiyasında qətiyyətlidir.

Bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov deyib.

O, qeyd edib ki, Azərbaycan həmin ermənilərin Azərbaycanın bütün vətəndaşları ilə eyni hüquq və azadlıqlara malik olacağına təminat verir.

“Azərbaycan Respublikasının konstituasiyası bu mənada möhkəm hüquqi çərçivə təmin edir. Ötən aylarda Azərbaycan hökumətinin rəsmiləri ilə yerli etnik erməni sakinlər arasında artırılmış dialoq və əlaqələr dəstəklənməli və dayanıqlı edilməldir” – deyə nazir vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.