Mərakeş 1/8 finala çıxdı

Bu gün DÇ-2022-nin F qrupunda mübarizəyə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, 1/8 finalın daha iki iştirakçısı müəyyənləşib.

Qrupda qaldığı rəsmiləşən Kanada özü üçün formal xarakterli matçda Mərakeşlə qarşılaşıb. Afrika təmsilçisi qalib gələrək qrup lideri kimi 1/8 finala adlayıb.

“Köhnə qitə” təmsilçilərinin qarşıdurmasında Belçika və Xorvatiya qarşılaşıb. Bunadək qrupun lideri olan, son dünya ikincisi balkanlılar son dünya üçüncüsü Belçika ilə heç-heçə etməklə 1/8 finala vəsiqə qazanan növbəti komanda olub.

Qeyd edək ki, bunadək 1/8 finalın 4 cütü müəyyənləşmişdi. Dekabrın 3-də Niderland – ABŞ və Argentina – Avstraliya, ertəsi gün İngiltərə – Seneqal və Fransa – Polşa görüşləri keçiriləcək. Onlardan başqa Braziliya və Portuqaliya da 1/8 finala yüksəlib.

DÇ-2022, qrup mərhələsi
F qrupu
III tur, 1 dekabr
19:00. Xorvatiya – Belçika – 0:0

19:00. Kanada – Mərakeş – 1:2
Qollar: 
Nayef Akredu, 40 (öz qapısına) – Hakim Ziyeş, 4, Yusif Əl-Nəsiri, 23

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.