Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Hazırda Laçın yolundan humanitar yardım kolonu keçir –

User 12 Yanvar 2023 - 14:03 (Last updated: 21 May 2025 - 20:15)
zaxarova

Rusiya Laçın yolunun tamamilə açılması ilə bağlı işi davam etdirir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Daxili işlər, Müdafiə nazirlikləri və Qarabağdakı sülhməramlı kontingentin komandanlığının xətti ilə de-eskalasiya üçün ardıcıl addımlar atılır.

“Bütün tərəflər üçün məqbul həllin tapılması vacibdir. Hazırda Laçın yolundan humanitar yardım kolonu keçir. Bir daha qeyd etmək istəyirik ki, sülhməramlılarımıza qarşı ictimai hücum və təxribatlar qəbuledilməzdir. Sülhməramlılarımız regionda sülhün qarantıdır”, – Rusiya XİN sözçüsü qeyd edib.

Zaxarova BMT Təhlükəsizlik Şurasının Laçın yolu ilə bağlı mətbuat üçün bəyanat layihəsi barəsində də danışıb: “Bu barədə bizim Nyu-Yorkdakı daimi nümayəndəliyimiz tərəfindən ətraflı şərh verilib. Qeyd olunub ki, bizim konstruktiv əhval-ruhiyyəmizə baxmayaraq sənədin fransalı müəllifləri Rusiyanın təkliflərinin bir çoxunu iqnor ediblər. Qərbli həmkarlarımız özlərində cəsarət tapmayıblar ki, sənədin mətninə Rusiya, Azərbaycn və Ermənistan liderlərinin üçtərəfli bəyanatları barədə faktologiyanı qeyd etsinlər. Halbuki bu, Azərbaycan-Ermənistan münasibətlərin normallaşmasının fundamenti hesab olunur. Bütün hallarda biz populizmlə yox, Laçın yolu ətrafındakı vəziyyətin nizamlanması ilə bağlı predmetli işlə məşğul olmağa qərarlıyıq”, o vurğulayıb.

Post navigation

Previous: KİV-lərə 3 illik vergi tətilinin tətbiqi təklif olunur
Next: Əfv Komissiyasının iclasları başladı

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
Qobustanın qayaları min illər əvvəl burada yaşayan insanların həyatından, ov üsullarından və dünyagörüşündən xəbər verir. Böyükdaş dağındakı...
Read more about Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?
Kim Çen In Çinə elan olunmamış səfər edib CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
Neftimizin qiyməti 127 dollara yaxınlaşır neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51
Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.