KİV-lərə 3 illik vergi tətilinin tətbiqi təklif olunur

“Media subyektlərinə 3 il müddətinə vergi tətilinin tətbiqini nəzərdə tutan Qanun layihəsi müvafiq orqanlarla tam razılaşdırılıb”.

Musavat.com xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) 2022-ci ilin yekunlarına dair hesabat konfransında agentliyin sədri Əhməd İsmayılov deyib.

O, qeyd edib ki,media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi tədbirlıri çərçivəsində media dəstək layihələri tam yeni qaydalar əsasında həyata keçirilməkdədir: “Milli məzmun, sosial reklam və ictimai faydalı elanların maliyyələşdirilməsi yolu ilə mediaya dəstək mexanizmlıri barədə beynəlxalq təcrübənin təhlili və təkliflır hazırlanıb aidiyyəti üzrə təqdim edilib. Region mediasının inkişafı ilə bağlı diaqnostik icmal hazırlanmaqdadır. Bu müddətdə Azərbaycan milli rəqəmsal media təhlili platforması “Metrix” istifadəyə verilib. Həmçinin, çap mediasının inkişafı və rəqəmsal transformasiyasınlın dəstəklənməsi ilə bağlı strateji pıan hazırlanıb, aidiyyəti üzrə təqdim edilib”.

Əvvəlki məqalə

“Gəmiqaya İnşaat” “şirkəti Arkoz İnşaat”dan ayrılıb

Sonrakı məqalə

Hazırda Laçın yolundan humanitar yardım kolonu keçir –