Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • Sosial

Sosial islahat paketi üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub

User 13 Yanvar 2023 - 11:42 (Last updated: 21 May 2025 - 20:15)
manat02

Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlar 2023-cü il üzrə yeni sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması, bir sıra kateqoriyalara, o cümlədən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və b. yönələn sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin edir. Bununla da son beş ildə artıq dördüncü sosial islahat paketi reallaşır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, imzalanmış yeni Fərman və Sərəncamlara əsasən, 2023-cü ilin 1 yanvarından:

• Şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü — 600 manata çatdırılır;

• Müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:
– 81-100 faiz pozulmasına görə (I dərəcə) — 500 manata,
– 61-80 faiz pozulmasına görə (II dərəcə) — 400 manata,
– 31-60 faiz pozulmasına görə (III dərəcə) — 330 manata çatdırılır;

• Uşağın anadan olmasına görə birdəfəlik müavinət — 500 manata çatdırılır;

• Dəfn üçün birdəfəlik müavinət — 500 manata çatdırılır;

• Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət — 300 manata çatdırılır;

• Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının:
– 81-100 faiz pozulmasına görə (I dərəcə) — 270 manata,
– 61-80 faiz pozulmasına görə (II dərəcə) — 220 manata,
– 31-60 faiz pozulmasına görə (III dərəcə) — 150 manata çatdırılır;

• Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü —300 manata çatdırılır;

• Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdü —200 manata çatdırılır;

• 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Prezidentin aylıq təqaüdü —330 manata çatdırılır;

• Yaşa görə müavinət — 220 manata çatdırılır;

• Ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) — 120 manata çatdırılır;

• Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardım alan) hər uşağa görə müavinət — 100 manata çatdırılır;

• Beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət — 105 manata çatdırılır;

• Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və 18 yaşınadək əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü — 100 manata çatdırılır;

• Əsas iş yeri üzrə elm və təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdü:
 elmlər doktoru elmi dərəcəsinə görə — 500 manata,
 fəlsəfə doktoru elmi dərəcəsinə görə — 300 manata çatdırılır;

• Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:
– “Xalq” fəxri adına görə — 200 manata,
– “Əməkdar” fəxri adına görə — 150 manata çatdırılır;

• Prezidentin fərdi təqaüdü — 1500 manata çatdırılır;

Yeni Fərman və Sərəncamlarla ümumilikdə 660 min nəfərə yönələn sosial ödənişlərin artırılması təmin edilir.

Qeyd edək ki, 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub.

Post navigation

Previous: Ailə başçısını itirməyə görə sosial müavinət 120 manata qaldırılıb
Next: “Ankara İsveçin NATO-ya daxil olmasını dəstəkləməyəcək”

Oxşar xəbərlər

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Dava
  • Sosial

Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı

User 24 Oktyabr 2026 - 13:02
xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30

xƏBƏR

Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. Yeni paket pensiyaçılar, sosial müavinət və...
Read more about Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı Dava
  • Sosial

Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı

User 24 Oktyabr 2026 - 13:02
Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı? qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.