“Ankara İsveçin NATO-ya daxil olmasını dəstəkləməyəcək”- ÇAVUŞOĞLU

“PKK-ya qarşı qəti addımlar atmasa, Ankara İsveçin NATO-ya daxil olmasını dəstəkləməyəcək”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“PKK İsveçin NATO üzvlüyünə mina qoyur. Əgər İsveç hökuməti bu cür hərəkətlərə lazımi cavab verməsə, NATO-ya üzvlük məsələsində gözlədiyi cavabı verməyəcəyik. Bu, çox açıq və aydındır. İsveç öz seçimini etməlidir”, – Çavuşoğlu bildirib.

XİN rəhbəri xatırladıb ki, Ankara İsveçdən terror təşkilatlarına qarşı mübarizə üzrə onunla imzalanmış memorandumu yerinə yetirməsini gözləyir. Bu da Türkiyə tərəfinin İsveçin NATO-ya üzvlük ərizəsini təsdiqləməsi üçün şərtdir.

Azpost.info

Əvvəlki məqalə

Sosial islahat paketi üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub

Sonrakı məqalə

Şahin Əkbərov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin edilib