Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Müsahibə

“Naxçıvanın muxtar statusuna ehtiyac yoxdur, ləğv olunacaq” –

User 14 Yanvar 2023 - 14:48 (Last updated: 21 May 2025 - 20:15)
serdar celal

Naxçıvan Muxtar Respublikasında (MR) baş verənlər gündəmin əsas müzakirə mövzularından biridir. Vasif Talıbovun Naxçıvan MR Ali Məclisi sədri postundan istefa verməsi ilə başlanan proses onun yaxın ətrafının da dövlət vəzifələrindən kənarlaşdırılması ilə davam edir.

Azpost.info Naxçıvanda baş verənlərlə bağlı bu bölgədən olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun fikirlərini öyrənib.

-Sərdar bəy, 27 il Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olmuş Vasif Talıbov nəhayət istefa verdi. Onu istefası ilə bağlı müxtəlif mülahizələrə irəli sürülür. Bununla, ümumiyyətlə, Naxçıvanda baş verənlərlə bağlı nə düşünürsünüz?

-Fikrimcə, Naxçıvanda baş verənlər sıfr siyasi məsələdir. Doğrudur, Vasif Talıbovun istefası və digər addımlar rüşvət və korrupsiya əlaqələndirilir. Lakin hesab edirəm ki, burada əsas məsələ Vasif Talıbivun siyasi fiqur kimi özünü müstəqil aparması, mərkəzi hakimiyyətə faktiki olaraq tabe olmaması, dövlət siyasətinin ziddinə fəaliyyət göstərməsidir.

-“Dövlət siyasətinin ziddinə fəaliyyət” deyəndə Vasif Talıbovun hansı addımlarını nəzərdə tutursunuz?

-Məsələn, Azərbaycanın İranla münasibətləri gərgindir. Amma Vasif Talıbov onlarla əməkdaşlıq edirdi. Yaxud, Azərbaycanın, eyni zamanda Türkiyənin maraqlarına ziddi olaraq Rusiya ilə yaxınlıq edirdi. Ortada hələ beynəlxalq terror təşkilatları ilə əlaqələr də var. Bütün bunlar əlbəttə ki, mərkəzi hakimiyyətin siyasətinə ziddi idi. Ona görə də nəhayət, onu vəzifədən uzaqlaşdırdılar.

-Belə iddialar var ki, Naxçıvanın muxtariyyəti də ləğv oluna bilər. Sizcə, bu realdırmı?

-Məncə, ləğv oluna bilər. Əgər Zəngəzur dəhlizi açılsa, o zaman Azərbaycanla Naxçıvan arasında quru yol açılır. Oradan Bakıya 5 saatlıq yoldur. Bu halda Naxçıvanın statusuna ehtiyac yoxdur. Əgər quru əlaqəmiz varsa, əlavə vəsait xərcləyib ikinci bir dövlət aparatı saxlamaq yersizdir.

– Naxçıvanla əlaqəniz varmı? Varsa, insanların baş verənlərə münasibə barədə nə deyə bilərsiniz?

-İnsanlar bir az ümidlənib. Amma mən optimist deyiləm. Söhbət ondan gedir ki, Naxçıvanla bağlı dövlətçilik baxımından mühüm addımlar atılıb. Naxçıvan artıq Azərbaycana inteqrasya etməyə başlayıb. Amma problem təkcə bu deyildi axı. Orada uzun illər insanların hüquqları pozulub, əmlakları əllərindən alınıb, rəsmi gücdən əhaliyə qarşı istifadə olunub. Bütün bunlarla bağlı da tədbir görülməlidir.

-Proses hələ təzə başlayıb. Niyə pessimistsiniz ki?

-Düzdür, proses başlayıb. Amma təyin olunan kadrlara baxdıqda optimist ola bilmərəm. Həmin kadrların əksəriyyəti əvvəlki vəzifələrində özlərini pis tərəfdən tanıdıblar. Təsadüfi deyil ki, hələ bir həftə keçməyib, artıq narazılıqlar başlayıb.

-Naxçıvana səfər etmək fikriniz varmı?

-Xüsusi səfər etmək fikrim yoxdur. Amma toy və Allah uzaq eləsin yas olanda gedirəm.

Hüseyn ABBAS

Post navigation

Previous: Güclü külək Cəfər Cabbarlının ev-muzeyinin dam örtüyünü qopardı –
Next: Göz önündə uçuşan qara ləkələr qorxuludurmu? –

Oxşar xəbərlər

ceyhun celilov
  • Müsahibə

“Naxçıvanda əsas çətinlik məşğulluqla bağlıdır”: “Sahibkarlıq məhdud inkişaf edib” –

User 05 Oktyabr 2026 - 22:36
hikmet musahibe paksitan
  • Müsahibə

Hikmət Hacıyev:

User 16 İyul 2026 - 11:22
Emin Əmrullayev
  • Müsahibə

“Müəllimlərin ehtiyaclarını anlamaq vacibdir”

User 22 İyun 2026 - 21:02

xƏBƏR

payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
Payız gələndə ağacların yaşıl yarpaqları sarı, narıncı və qırmızı rənglərə boyanır. Bəzən eyni ağacın budaqlarında müxtəlif rəngli...
Read more about Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb
Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır? avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55
Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
Gündəlik gəzinti nə üçün vacibdir? gezmek
  • Maraqlı

Gündəlik gəzinti nə üçün vacibdir?

User 24 Oktyabr 2026 - 17:15
Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq? bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.