“İranı xilas edin!” –"Yaşıl Hərəkat"ın lideri Musəvi yeni Konstitusiya tələb edib

İranın dövlət xadimi, “Yaşıl Hərəkat”ın lideri Mirhüseyn Musəvi ölkədə yeni Konstitusiyanın işlənib hazırlanmasını tələb edib. 

Azpost.info bildirir ki, 13 ildir ev dustaqlığında olan Musəvi bəyan edib ki, 2010-cu ildə o, Konstitusiyanın tam əməl olunmasını tələb edirdi, bu indi artıq kifayət deyil: “İranı xilas etmək üçün yeni Konstitusiya hazırlanmalıdır”.

Musəvi bu gün verdiyi bəyanatda bildirib ki, İran xalqı radikal dəyişikliklərə hazırdır. Bu dəyişikliklərin əsas istiqamətini “Qadın, Həyat, Azadlıq” şüarını qaldıran hərəkat müəyyən edib.

2022-ci ilin oktyabrında Musəvi İran silahlı qüvvələrinə müraciət edərək əmrləri kor-koranə icra etməyə deyil, “həqiqətin və xalqın tərəfində” olmağa çağırıb.

M.Musəvi 2009-cu ildə prezidentliyə namizəd olub. O həmin il seçkidə məğlub olub. Musəvi bəyan edib ki, seçki saxtalaşdırılıb və nəticələri tanımır. Bundan sonra İranda etiraz hərəkatı başlanıb. Ciddi aksiyalarla müşayiət olunan aksiyalar “Yaşıl Hərəkat” adı ilə məşhur olub. Bundan sonra Musəvi ev dustağı edilib.

Musəvi 1981-ci ildə xarici işlər naziri olub. O İranın sonuncu Baş naziridir (1981-1989) Hazırda Musəvi Sistemin Məşvərət Şurasının deputatı olsa da qurumun işində iştirak etmir. 2009-cu ilə qədər İran Elmlər Akademiyasının prezidenti olub.

Azpost.info

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.