Türkiyədə zəlzələ bölgəsinə sutka boyu 154 uçuş həyata keçirilib- İki PUA da cəlb olunub

Türkiyə Silahlı Qüvvələrinin yaratdığı “hava yardımı dəhlizi” çərçivəsində Anadolunun cənub-şərqindəki dağıdıcı zəlzələ bölgəsinə sutka boyu 154 uçuş həyata keçirilib.

Azpost.info xəbər verir ki, aviasiya, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin A400M tipli təyyarələri zəlzələ bölgəsinə xilasetmə qrupları, avadanlıq və humanitar yardımlar aparır.

Fəlakət bölgəsinə uçuşlar 37 təyyarə ilə gecə boyu fasiləsiz davam edib. Yaradılan “hava yardım dəhlizi”ndən ağır yaralıları olan təcili tibbi yardım təyyarələri də gedir. Bundan başqa, iki “Akıncı” PUA-sı fəlakət bölgəsində koordinasiya işlərinə cəlb olunub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.