Rusiya ABŞ-ın Moskvadakı səfirliyinə nota verib.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, ABŞ səfirliyinə Rusiyanın daxili işlərinə qarışmağı dayandırmağı tələb edən nota təqdim edilib.
“ABŞ-ın yeni səfiri Lin Treysiyə Rusiya qanunlarına ciddi şəkildə riayət edilməsinin vacibliyi ilə bağlı qəti mesaj verildi. Bildirildi ki, Moskva ABŞ səfirliyi tərəfindən təkrarlanan anti-Rusiya təbliğatına dözmək niyyətində deyil”, – Rusiya XİN bəyan edib.
Azpost.info