Ukrayna XİN Gürcüstandan Saakaşvilini təhvil verməyi tələb edib –BƏYANAT

Kiyev Gürcüstandan sabiq prezident Mixail Saakaşilinin Ukraynaya təhvil verməyi tələb edib. 

Azpost.info bildirir ki, bu barədə Ukrayna Xarici işlər Nazirliyi bəyanat yayıb. Nazirliyin rəsmi saytında yayılan Bəyanatda deyilir ki, Ukrayna Tbilisi məhkəməsinin Saakaşvilini həbsdə saxlamaq barədə qərarından məyus olub.

XİN qeyd edib ki, məhkəmə həkimlərin sabiq prezidentin ağır xəstələyi barədə rəyini də nəzərə almayıb.

“Gürcüstan hökuməti Ukrayna vətəndaşı ilə siyasi haqq-hesabı çürütmək cəhdlərindən dərhal dayandırmalı, onun hüquqlarını təmin etməli və Ukraynaya təhvil verməlidir”-Bəyanatda deyilir.

Ukrayna XİN bildirib ki, Ukrayna vətəndaşı olan Mizail Saakaşvilinin hüquqlarının müdafiəsini davam etdirəcəklər.

Azpost.info

 

Əvvəlki məqalə

“Bir neçə gün əvvəl Bakıdan sülh sazişi ilə bağlı təklifləri almışıq” –

Sonrakı məqalə

Səfir dağıntılar altında qalan 4 azərbaycanlı tələbə ilə bağlı açıqlama verdi