Zelenski Londondadır- Ukrayna liderinə Kral Hərbi Hava Qüvvələrinin təyyarəsi ayrılıb

Ukrayna prezidenti Vladimir Zelenskinin olduğu təyyarə Londonun “Stansted” hava limanına enib.

Azpost.info xəbər verir ki, bu barədə “Sky News” yazıb.

Məlumata görə, Ukrayna prezidenti Londona Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin təyyarəsi ilə gəlib. O, “Dauninq-strit”də Britaniya Baş naziri Rişi Sunakla görüşəcək, daha sonra parlamentdə çıxış edəcək.

Zelenskinin Britaniyada döyüş təlimi keçən Ukrayna hərbçiləri ilə də görüşəcəyi planlaşdırılır.

Britaniya Baş naziri Rişi Sunakın Ukrayna qoşunları üçün genişləndirilmiş təlim proqramı, eləcə də Kiyevə uzaqmənzilli silahların tədarükü ilə bağlı açıqlama verəcəyi gözlənilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.