“Rusiya Üçüncü Dünya müharibəsindən qorxmamalıdır”- KADIROV

“Rusiya Üçüncü Dünya müharibəsindən qorxmamalı, rus xalqının maraqlarını qorumağa davam etməlidir”.

Azpost.info xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov bildirib.

Kadırov bununla Polşayla birbaşa toqquşmadan ehtiyat edən Rusiya Duması Müdafiə Komitəsinin üzvü Viktor Sobolevin bəyanatlarını şərh edib. Sobolevin fikrincə, bu toqquşma qlobal hərbi münaqişəyə gətirib çıxara bilər.

“Başa düşə bilmirəm: Üçüncü Dünya müharibəsindən qorxmalıyıq, yoxsa rus xalqının maraqlarını qorumalıyıq? Əgər Sobolevdən başqa kimlərsə əvvəlcədən öz düşüncələrində uduzmağa hazırlaşırsa, qoy, indidən polyaklara təslim olsunlar. Rusiya ordusunun və bütün dövlətin nüfuzunu sarsıdan avropapərəst söhbətlər aparmasınlar”, – Kadırov deyib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.