“Çin sədri Si Cinpin mənə mütəmadi olaraq çay göndərir”.
Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
BELTA agentliyinin məlumatına görə, Lukaşenko ölkənin elmi-pedaqoji işçiləri ilə görüş zamanı qonaqları bu içkiyə qonaq edib.
“Sizə çay gətirdilər. İçin, yoxsa soyucaq. Bu, Çin çayıdır. Si Cinpin mənə hər zaman çay göndərir”, – Lukaşenko deyib.
Azpost.info