16 546 ölü, 6 444 yaralı…- Ərdoğan son rəqəmləri AÇIQLADI

“Zəlzələdə həyatını itirən vətəndaşlarımızın sayı 16 min 546-ya çatıb”.

Azpost.info xəbər verir ki, bunu zəlzələ bölgəsi Kilisdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Yaralılarımızın sayı 66 min 132, bölgədə dağılmış binaların sayı 6 min 444-dür. Kilisdə 178 bina dağılıb, 73 vətəndaşımız həlak olub, 690 vətəndaşımız isə yaralanıb. Bir daha 10 şəhərimizin hamısında vətəndaşlarımızın tezliklə sağalmasını, həyatını itirən bütün vətəndaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm”, – Ərdoğan qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.