İranda helikopter qəzasında nazirin müşaviri həlak olub

İranın idman naziri Həmid Səccadinin də olduğu helikopterin Baft şəhərində qəzaya uğraması nəticəsində ölən və xəsarət alanlar var.

Azpost.info xəbər verir ki, nazir Həmid Səccadi yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb, müşaviri isə dünyasını dəyişib.

İRNA xəbər verir ki, ümumilikdə 16 nəfər yaralanıb.

Baft şəhərinin yerləşdiyi Kirman əyalətinin qubernatoru agentliyə bildirib ki, hadisə helikopter havaya qalxmağa cəhd edərkən baş verib.

Bütün zərərçəkənlər şəhər xəstəxanasına çatdırılıb. Qəza şahidlərindən biri agentliyə bildirib ki, nazirin vəziyyəti qənaətbəxşdir, daha iki sərnişin ağır bədən xəsarətləri alıb.

Azpost.info

Əvvəlki məqalə

Ötən il Azərbaycanın hava limanlarından 5,3 milyondan çox sərnişin yola salınıb və qəbul edilib

Sonrakı məqalə

Əfv Komissiyasının iclası olub