Ərdoğan Zelenski ilə telefonla danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı aparıb.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından bildirilib.

Liderlər Rusiya ordusunun Ukrayna ərazisinə daxil olmasının birinci ildönümü fonunda Ukraynadakı vəziyyət, eləcə də Türkiyədəki dağıdıcı zəlzələlərin nəticələri barədə fikir mübadiləsi aparıblar.

Ərdoğan həmrəyliyə görə Zelenskiyə təşəkkür edib. Türkiyə prezidenti ölkəsinin sülhün əldə edilməsinə və vəziyyətin atəşkəs və dialoq əsasında həllinə mümkün töhfə verməyə hazır olduğunu bir daha bəyan edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.