G20 rəsmiləri Türkiyə və Suriyaya yardım etməyə çağırdı

Fevralın 24-25-də Hindistanın Banqalor şəhərində bir araya gələn G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardımın davam etdirilməsinə çağırıblar.

Azpost.info xəbər verir ki, rəsmilər zəlzələlər nəticəsində baş vermiş insan tələfatından dərin sarsıntı keçirdiklərini və türk xalqı ilə həmrəy olduqlarını bildiriblər.

“Qurbanların ailələrinə başsağlığı verir, göstərilən humanitar yardımları yüksək qiymətləndiririk. G20 üzvlərini bərpa və yenidənqurma üçün hər cür yardım göstərməyə çağırırıq”, – qəbul edilən sənəddə deyiıir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.