Blinken dövlət katibi kimi ilk dəfə Qazaxıstan və Özbəkistana səfərə gedir

ABŞ dövlət katibi Entoni Blinkenin Qazaxıstan, Özbəkistan və Hindistana səfəri başlayır.

Bu barədə Blinken “Twitter“ hesabında paylaşım edib.

“Bu, Katib kimi ilk dəfə Qazaxıstan və Özbəkistana səfərimdir. Mərkəzi Asiya tərəfdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirəm. Oradan G20 sammitinin nazirlər toplantısı üçün Hindistana gedəcəyəm”, – deyə paylaşımda qeyd olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.