Lukaşenkonun oğlu Çində təhsil alır

Belarus prezidenti Aleksandr Lukaşenko “Sinxua” agentliyinə müsahibəsində kiçik oğlu Nikolayın Çində təhsil aldığını bildirib.

“Çinlə əməkdaşlıq üzrə birgə layihə çərçivəsində biotexnologiya üzrə təhsil alır. Bu, heyvan yemi və amin turşularının istehsalı üçün aqrosənaye layihəsidir”, – Lukaşenko bildirib.

Qeyd edək ki, Lukaşenko fevralın 28-dən martın 2-dək Çində dövlət səfərində olacaq. Danışıqların yekununda əsas istiqamətlər üzrə əlaqələrin inkişafına dair böyük sənədlər paketinin imzalanacağı gözlənilir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.