Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılış mərasimi olacaq

10 mart görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatının bir ili tamam olur.
Həmin gün saat 12:00-da birinci Fəxri Xiyabanda Xalq yazıçısının qəbirüstü abidəsinin açılış mərasimi olacaq.
Azpost.info bildirir ki, bu barədə Azərbaycan Kinomateqorafiya İttifaqı məlumat yayıb.
Xatırladaq ki, Rüstəm İbrahimbəyov 2022-ci ildə martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.
R. İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olub. Əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisi olub. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarında tamaşaya qoyulub.
Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya Akademiyasının akademiki, heykəltəraş Aydın Zeynalovdur.
Aydın Zeynalov 3 avqust 1978-ci ildə Moskvada anadan olub.
1991-1996-cı illərdə Surikov adına Moskva İncəsənət İnstitutunun heykəltəraşlıq fakültəsində təhsil alıb. Bir sıra görkəmli abidələrin müəllifidir. Onun ən məşhur abidələr sırasında F.İvanoviç
Dostoyevski, İ.Nəsimi, Cüzeppe Verdi, C.Puccini, Richard Vaqner, Franz Liszt və s. yer alır.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.