Hacıqabul rayonunda bu gün daha bir zəlzələ qeydə alınıb.
Azpost.info bildirir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi məlumatında bildirilir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 20:28-də Şirvan stansiyasından 25 km şimal-qərbdə Hacıqabul rayonunda 3,7 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, bu gün yerli vaxtla saat 10:40-da Şirvan stansiyasından 18 km şimal-qərbdə, Hacıqabul rayonunda 3,2 bal gücündə zəlzələ qeydə alınıb.