“Torqovıy”ya yaxın binada gizlənmiş qarətçi polisə avtomatla atəş açıb –Məhv edildi /FOTO

Xəbər verildiyi kimi martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri- 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilmişdir.

O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərmişdir.

Görülmüş tədbirlərlə o, zərərsizləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.

 

Əvvəlki məqalə

Hipermarketə silahlı hucum edənlərdən biri məhv edilib-

Sonrakı məqalə

Hacıqabulda 3,7 bal gücündə daha bir zəlzələ olub