“Aİ Rusiya qaz və neftindən asılılığını aradan qaldıra bildi”- Ursula fon der Lyayen

“Avropa İttifaqı Rusiya qaz və neftindən asılılığını aradan qaldıra bildi”.

Azpost.info xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

“Avropa şirkətləri Rusiya qazının ixracının 80 faizini ABŞ və Norveçdən tədarüklər hesabına kompensasiya edə biliblər. Əlbəttə ki, ABŞ və Norveç kimi yaxşı dostlar qaz tədarükü ilə bağlı bizə dəstək oldular”, – Komissiya sədri qeyd edib.

“Eurostat”ın məlumatına görə, 2022-ci ilin avqustundan 2023-cü ilin yanvarına qədər Avropada qaz istehlakı son beş ilin eyni dövrünün orta göstəricisi ilə müqayisədə 19 faiz azalıb. Eyni zamanda, Finlandiyada qaz istehlakında 57,3, Litvada 47,9, İsveçdə 40,2 faiz azalma olub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.