Vətəndaş avtobusun gecikməsinə görə pul təzminatı tələb edəcək –Rusiyada yeni QƏRAR

Rusiyada vətəndaşlar gecikən və vaxtında dayanacağa gəlməyən avtobusa görə təzminat tələb edə bilərlər. 

Azpost.info bildirir ki, bu barədə Rusiya Ali Məhkəməsi qərar verib.

Qərarda deyilir ki, vətəndaş gecikməyə, dayanacağa gəlməyən avtobusa görə aldığı mənəvi ziyana görə təzminat istəyə bilər.

Bunun üçün presedent olaraq Naro-Fominsk şəhərinin sakinin düşdüyü vəziyyət səbəb olub. Həmin vətəndaş avtobusun gəlməməsinə görə, qatara özünü zorla çatdırıb. Amma buna görə, güclü əsəb sarsıntısı keçirib, təzyiqi qalxıb və baş ağrısı olub.  Həmin vətəndaş da mənəvi ziyana görə daşıyıcı şirkətə qarşı mülki iddia qaldırıb.

“Sərnişinin avtobus reysləri barədə tam və səhih məlumat almaq hüququ var. Cədvəldə dəyişikliklər barədə məlumat verilməməsi mənəvi ziyanla bağlı iddia qaldırmağa əsas yaradır”-deyə qərarda vurğulanır.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.