Azərbaycan və Gürcüstan parlamentariləri Tbilisidə görüşüb

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə Tbilisidə səfərdə olan nümayəndə heyəti martın 6-da Gürcüstan parlamentinin Azərbaycanın qanunverici orqanı ilə dostluq qrupunun sədri Arçil Talakvadze ilə görüşüb.

Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri, parlamentlərarası dostluq qruplarının fəaliyyəti, qarşılıqlı səfərlərin təşkili və digər məsələlər diqqət mərkəzində olub.

Səməd Seyidov bildirib ki, Azərbaycan parlamenti ilə Gürcüstanın qanunverici orqanı arasında əlaqələr yüksək səviyyədədir. Milli Məclis ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin inkişafında mühüm rol oynayır.

Sonra S.Seyidov Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin Xarici əlaqələr komitələrinin 8-ci iclasında müzakirə olunan məsələlər, regiondakı proseslər, ölkələrimizin birgə həyata keçirdikləri irimiqyaslı layihələr, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən quruculuq işləri, rəsmi Bakının sülh siyasəti, ermənilərin regiondakı pozuculuq fəaliyyəti barədə geniş məlumat verib. Arçil Talakvadze deyib ki, Gürcüstan parlamenti Azərbaycan ilə əlaqələrin bütün istiqamətlərdə inkişafını dəstəkləyir.

Onun sözlərinə görə, Gürcüstan parlamenti həm ikitərəfli, həm də üçtərəfli formatda münasibətlərimizin daha da genişlənməsində və möhkəmlənməsində maraqlıdır.

Əvvəlki məqalə

Güclü külək Astara və Lerikdə bir sıra fəsadlar törədib

Sonrakı məqalə

Vətəndaş avtobusun gecikməsinə görə pul təzminatı tələb edəcək –