Latviya Riqa ilə Bakı arasında birbaşa uçuşları bərpa etməyə hazırlaşır

Latviyanın “airBaltic” şirkəti bu ilin may ayında Riqa ilə Bakı arasında birbaşa uçuşları bərpa etməyə hazırlaşır.

APA xəbər verir ki, bunu Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib.

O qeyd edib ki, bununla da latviyalı turistlərin Azərbaycana gəlməsi və Azərbaycan vətəndaşlarının Latviyaya getməsi, o cümlədən işgüzar dairələrin səfərləri asanlaşacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.