Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Azercell” gəlirini niyə açıqlamır?” –

User 10 Mart 2023 - 14:34 (Last updated: 21 May 2025 - 20:15)
azersell

Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi olan Azercell ötən ilin yekun hesabatını açıqlayıb.

Azpost.info bildirir ki, Azərbaycan İnternet Fondunun prezidenti Osman Gündüz hesabatı şərh edib.

Onun sözlərinə görə, açıqlamaya, təqdim edilən statistikaya, infrastruktura və texnologiyalara, investisiya xərclərinə diqqət yetirdikdə, Azercell dövlət şirkətinə çevriləndən  sonra ilk dəfə olaraq vəziyyətin müsbətə doğru dəyişməsi müşahidə edib.

“Amma mobil sektorda ən yüksək bazar payına-48%-dən çox paya sahib olan Azercell maraqlıdır ki, yenə də gəlirlərini açıqlamayıb. Hesabatla bağlı açıqlamadan anlaşılmır ki, qurum ötən ili zərərlə başa vurub, yoxsa mənfəət əldə edib . Ümumiyyətlə, diqqət cəlb edir ki, Azercell “dövlətləşəndən” sonra gəlirləri və xərclərini açıqlamaqda xəsislik edir. Hansı ki, bu, normalda əksinə olmalıydı, “dövlətləşəndən” sonra cəmiyyətin daha çox marağında olan qurumun hesabatlılığı, şəffaflığı daha da artmalıydı”-deyə ekspert bildirib.

O.Gündüz deyib ki, əvvəlki Hesabatlara nisbətən bu açıqlama daha dolğun olsa da, görülən işlər, layihələr və tədbirlər daha çox gözə çarpsa da, digər bir çox əhəmiyyətli məqamlara da aydınlıq gətirilməyib.

“Açıqlanan geniş məlumatda  abonent bazasındakı dəyişiklik(açıqlanan faizdən görünür ki azalma olub), hər mobil istifadəçiyə görə orta gəlirlər, səs danışığından və mobil internetdən əldə olunan gəlirlər, datanın dinamikası, istifadə olunan trafik həcminin 4G/3G/2G arasında bölgüsü , rouminqlə bağlı gəlirlər, xidmətlərlə – məsələn Asan imzadan əldə olunan  gəlirlər və s. bu tip ictimai faydalı məlumatlar yoxdur“- deyə O.Gündüz vurğulayıb.

Xatırladıram ki, 2018-ci ilin martında RİNN  yanında “AzInTelecom” MMC Maliyyə Nazirliyinin ayırdığı 450 milyon manat vəsaitlə  Azercell-in səhmlərinin 51.3%-ni satın alıb. Bundan sonra Azercell AzİnTelecom daxilində olmaqla dövlət şirkətlərinin reyestrinə daxil edilib.

Azpost.info

Post navigation

Previous: Azərbaycanda əhali zəlzələ riskini necə qiymətləndirir? –
Next: “Bakı İsrailin İrana zərbə üçün öz hava limanından istifadəsinə icazə verməyəcək” –

Oxşar xəbərlər

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03

xƏBƏR

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
Qobustanın qayaları min illər əvvəl burada yaşayan insanların həyatından, ov üsullarından və dünyagörüşündən xəbər verir. Böyükdaş dağındakı...
Read more about Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?
Kim Çen In Çinə elan olunmamış səfər edib CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
Neftimizin qiyməti 127 dollara yaxınlaşır neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51
Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.