Paşinyan Xankəndini Azərbaycanla inteqrasiyaya çağırıb

Ermənistanın “Qrapark” nəşri bildirib ki, martın 10-da Nikol Paşinyanın Qarabağ separatçılarının lideri Araik Arutyunyanla görüşü keçirilib.
Elə həmin gün qayıdan Araik Arutyunyan ətrafındakılara “Paşinyanla görüşün ağır keçdiyini” bildirib.
“Paşinyan Bakının Qarabağın Azərbaycana inteqrasiya olmalı olduğu və qarabağlıların azərbaycanlılarla ortaq dil tapmalı olduğu haqqında nöqteyi-nəzərini təkrar edib, başqa alternativ olmadığını və ya bu alternativin müharibə və 120 min qarabağlının məhv edilməsi olduğunu bildirib. Paşinyan beynəlxalq ictimaiyyətin Azərbaycanın tərkibində müəyyən status, müstəqilliyin təmin ediləcəyini vəd etdiyini deyərək ümidləndirib. Araik Arutyunyan Xankəndinə ağır əhval-ruhiyyə və təəssüratlarla qayıdıb və yaxın ətrafına artıq prezident vəzifəsində qalmaq istəmədiyini bildirib”, deyə “Qrapark” yazır.
Nəşr həmçinin xatırladır ki, bir müddət əvvəəl Arutyunyan “Qarabağ qanunvericiliyinə” ona “prezidentlik müddəti” başa çatmazdan əvvəl hakimiyyəti başqa şəxsə ötürmək hüququ verən düzəliş təşəbbüsü irəli sürüb”.
Turan
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.