“Bakı Steel Company” ilə “Oksford” məktəbi arasında əmlak davası

“Bakı Steel Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə “Baku Oksford Skul” məktəbi arasında əmlak mübahisəsi yaranıb.

Azpost.info xəbər verir ki, iş o həddə çatıb ki, “Baku Oksford Skul” “Baku Steel Company” QSC-ni məhkəməyə verib. Məktəbin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatındadır.

Məsələnin detalları barədə açıq mənbələrdə məlumat yoxdur.

Yalnız o bəllidir ki, “Baku Oksford Skul” “Baku Steel Company” QSC-dən əmlak tələb edir. “Baku Oksford Skul” 2014-cü ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 1000 AZN, qanuni təmsilçisi isə Məmmədova Aygün Kərim qızıdır.

Hüseyn

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.