Rusiya 23 Britaniya vətəndaşına sanksiya tətbiq etdi

Rusiya XİN silahlı qüvvələrin və təbliğat strukturlarının nümayəndələri də daxil olmaqla, daha 23 Britaniya vətəndaşını sanksiyalar siyahısına əlavə edib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, qərar Britaniya hökumətinin birtərəfli sanksiyalar mexanizmindən fəal şəkildə istifadə etməsi ilə bağlıdır.

Siyahıda ukraynalı hərbçilərin təlimində iştirak edən Britaniya silahlı qüvvələrinin zabitləri də yer alıb. Britaniya penitensiar sisteminin bir sıra hakimləri və vəzifəli şəxslərinə də məhdudiyyətlər qoyulub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.