“Tehran Minsk üçün etibarlı tərəfdaşdır”- LUKAŞENKO

“Tehran Minsk üçün etibarlı tərəfdaşdır”.

Azpost.info xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenkonun iranlı həmkarı İbrahim Rəisiyə ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə göndərdiyi təbrikdə deyilir.

Lukaşenko qeyd edib ki, üç onillik ərzində İran və Belarus xalqları etimad və dostluq prinsipləri əsasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirib. Həmçinin dövlətlərarası əlaqələrin dərinləşdirilməsi üçün çox işlər görüb.

“Tehran müxtəlif çağırışlara və çətinliklərə baxmayaraq, Minsk üçün etibarlı tərəfdaşa çevrilib”, – Lukaşenko qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.