“Avropa İttifaqı liderləri Ukraynaya daimi yardım, o cümlədən sursat tədarükünün maliyyələşdirilməsi barədə razılığa gəliblər”.
Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Aİ liderlərinin Brüsseldə keçirilən ikigünlük görüşündən sonra bildirib.
Şoltsun sözlərinə görə, Aİ-nin Ukraynaya dəstəyi bu ölkənin bütövlüyü və suverenliyini qorumaq üçün zəruri olduğu müddətcə təmin ediləcək.
Kansler əlavə edib ki, Ukraynaya dəstək üçün Almaniya bəzi ölkələrə silah istehsalı ilə məşğul olan sənaye şirkətləri ilə müqavilələr bağlamağı təklif edib.
Azpost.info
