İş yerində 4500 dəfə siqaret çəkən işçi 11 min dollar cərimə olunub

Yaponiyada dövlət qulluqçusu iş yerində siqaret çəkdiyi üçün 11 min dollar cərimələnib. 

Azpost.info Oddity Central nəşrinə istinadən bildirir ki, Osakadan olan 61 yaşlı işçi 14 il ərzində 4512 dəfə iş yerində siqaret tüstülədib. Məhkəmənin hesablamasına görə, bu 355 saatlıq iş vaxtına bərabərdir. Həmin əməkdaşa dəfələrlə xəbərdarlıq edilsə də kişi bunu qulaqardına vurub. O, yerli dövlət xidməti haqqında qanuna əsasən “işə sədaqətlilik öhdəliyini” pozmaqda təqsirləndirlib.

Əməkdaş 11 min dollar cərimələnib. İl yarım ərzində əmək haqqı 10 faiz ixtisar olunacaq.

Osakada siqaretə qarşı dünyanın ən sərt qanunları fəaliyyət göstərir. 20 il əvvəl  qəbul edilmiş qadağaya görə, dövlət binalarında, ofislərdə, məkətblərdə siqaret çəkmək olmaz. 2019-cu ildən isə əməkdaşlara iş vaxtı siqaret çəkmək qadağan edilib.

Azpost.info

 

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.