ABŞ Pentaqonun məxfi məlumatlarının sızması ilə bağlı araşdırma başladıb

ABŞ Ədliyyə Nazirliyi Pentaqonun məxfi materiallarının, o cümlədən Ukrayna və Rusiyaya aid sənədlərin internetdə yayılması ilə bağlı araşdırma başladıb.

Azpost.info xəbər verir ki, bu barədə “The Washington Post” yazır.

Qəzetin məlumatına görə, xüsusilə Artyomovsk ətrafında qüvvələrin sıralanmasına dair sənədlər Çin, Asiya-Sakit okean regionu, Yaxın Şərq və terrorizmlə mübarizə ilə bağlı olub.

Aprelin 7-də Pentaqonun məxfi sənədləri sızdırdığı məlum olub. Sosial şəbəkələrdə “tam məxfi” kimi təsnif edilən məlumatlar dərc edilib. Bu sənədlərin məzmunu martın əvvəlinə aiddir.

Sənədlərdən birində yeni yaranmaqda olan 12 Ukrayna briqadası haqqında qısa məlumat var ki, onlardan 9-nun ABŞ-da NATO müttəfiqləri tərəfindən təlim keçdiyi və təchiz edildiyi deyilir. Bu briqadaların əsas hissəsi aprelin sonunadək hazırlığı başa çatdırmalıdır.

Bir gün sonra məlum olub ki, internetə ABŞ-ın yeni məxfi sənədlər toplusu sızıb. Sənədlərin məzmunu Ukrayna, Çin və Yaxın Şərqə aiddir. Analitiklər yüzdən çox müxtəlif sənədin sızması ehtimalını irəli sürürlər.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.