Rusiya hüquq-mühafizə orqanları hökuməti sərt tənqid edən xalq artisti Liya Axedjakovaya qarşı hərəkətə keçib.
Azpost.info xəbər verir ki, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin sədri Vitali Borodin Axedjakovaya qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işinin başlanması xahişi ilə Baş prokuror İqor Krasnova müraciət göndərib.
Borodin Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata açıq şəkildə qarşı çıxan Axedjakovanın xarici agentlərin reyestrinə daxil edilməsini də istəyib.
Müraciətdə bildirilir ki, Axedjakova işlədiyi “Sovremennik” teatrından qovulduqdan sonra tez-tez Ukrayna telekanallarına müsahibələr verir. Məktubun mətninə əsasən, aktrisa Ukrayna ordusuna maddi dəstək verdiyini və başqalarını da buna təşviq etdiyini bildirib.
Azpost.info