Kanada, ABŞ və Britaniya səfirləri Rusiya XİN-ə çağırılıb

Rusiya Xarici İşlər Nazirliyində Britaniyanın Moskvadakı səfiri Debora Bronnertə jurnalist Vladimir Kara-Murza haqqında hökmdən bir gün əvvəl verdiyi açıqlamalara görə kəskin etiraz edilib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiyanın Britaniyadakı səfiri Andrey Kelin bildirib.

“Britaniya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona kəskin etiraz edilib. Dünən britaniyalılar, amerikalılar və kanadalılar tərəfindən təşkil edilən səhər nümayişi bizim daxili işlərimizə kobud müdaxilə kimi qiymətləndirilib”, – Kelin qeyd edib.

Qeyd edək ki, bu gün Kanada, ABŞ və Böyük Britaniya səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Səbəb kimi Rusiya Federasiyasının işlərinə kobud müdaxilə və diplomatik statusa uyğun olmayan fəaliyyət göstərilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.