Bütün sosial ödənişlər Ramazan bayramı ərəfəsində tam ödəniləcək- RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Ramazan bayramı ilə əlaqədar aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayram ərəfəsində ödənilməsi nəzərdə tutulur.

Nazirlikdən verilən xəbərə görə, həmin ödənişlərin aprelin 20-də həyata keçirilməsi planlaşdırılır.

Bu məqsədlə DSMF müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır.

Aprel ayının bütün ölkə üzrə pensiya ödənişləri isə ötən həftə yekunlaşıb.

Əvvəlki məqalə

Kanada, ABŞ və Britaniya səfirləri Rusiya XİN-ə çağırılıb

Sonrakı məqalə

İrəvanda qələbə qazanan türkiyəli atletlər Azərbaycana dəvət ediləcək