“Rusiya və Çin liderləri Qərbə meydan oxuya biləcək ittifaq yaradıblar”- “Le Monde”

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Özbəkistanda keçirilən sonuncu sammitində Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin Qərb siyasətini təhdid edəcək ittifaqın əsasını qoyublar.

Azpost.info xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti yazıb.

Nəşr qeyd edib ki, Qərb ölkələri Rusiya və Çinin böyük üstünlüyə malik olduğu Orta Asiya da daxil olmaqla, öz təsirlərini artırmaq məqamını əldən verib.

“Özbəkistanda ŞƏT sammitinin keçirildiyi məkan kimi Səmərqənd Qərbin təcrid siyasətinə meydan oxumağa qadir olan genişlənmiş Putin-Cinpin ittifaqının beşiyinə çevrilib”, – qəzet yazır.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.