CAR Beynəlxalq Cinayət Məhkəməsini tərk edir- Putini qorumaq üçün

“Hakim Afrika Milli Konqresi partiyası Cənubi Afrikanı Beynəlxalq Cinayət Məhkəməsindən çıxarmaq qərarına gəlib”.

Azpost.info xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa deyib.

“Bəli, hakim partiya Cənubi Afrikanın BCM-dən çıxmasının ehtiyatlı bir addım olacağı qənaətinə gəldi”, – Ramafosa bildirib.

Ötən ay BCM Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. Bu o deməkdir ki, builki BRİKS sammitinə ev sahibliyi edən Pretoriya Putini avqustda görüşə gələndə həbs etməli idi.

CAR prezidentinin nümayəndəsi qeyd edib ki, BMC-dən çıxmaq üçün milli parlamentin müvafiq qərarı lazımdır və Afrika Milli Konqresi partiyası parlamentin aşağı palatasında çoxluğa malikdir.

Pretoriyanın onillərdir Moskva ilə sıx əlaqələri var.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.