“Qələbə paradında Putin Qərbə yenidən “qılınc yellədi”- ŞOLTS

“Moskvadakı qələbə paradında prezident Vladimir Putinin Qərbin Rusiyaya qarşı müharibə başlatdığını yenidən təkrarladı. Bu, növbəti dəfə “qılınc yelləmək” idi”

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzü təkcə qonşu dövlətə deyil, həm də Avropa İttifaqının əsaslandığı dəyər və prinsiplərə hücumdur.

“Birlikdə Ukraynanı nə qədər lazımdırsa, dəstəkləyəcəyik”- deyən Şolts Aİ-nin aktiv xarici siyasətə və genişlənməyə ehtiyacı olduğunu bildirib: “Biz Qərbi Balkan dövlətlərinin, Ukraynanın, Moldovanın və Gürcüstanın vətəndaşlarına demişik: siz bizə aidsiniz. Biz istərdik ki, siz Avropa İttifaqının bir hissəsi olasınız”, – kansler bildirib.

O, həmçinin əlavə edib ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiya rejimini gücləndirməyə çalışır və hazırda hazırlanmaqda olan 11-ci tədbirlər paketi sonuncu olmayacaq.

11-ci sanksiyalar paketinə ilk dəfə olaraq Kremlə hərbi yardım göstərən Çin şirkətlərinin daxil olacağı gözlənilir. Bundan başqa, Avropa İttifaqı Rusiya neft sənayesinə qarşı sanksiyalardan yayınmaq üçün istifadə edilən tankerlərin öz limanlarına daxil olmasını qadağan etməyi planlaşdırır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.